Azərbaycan Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
"Bu gün oyunumuz alınırdı. Yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Məğlubiyyətdə özümüz günahkarıq. Rəqib sadə səhvlərimizdən yararlandı. Fasilədən sonra qol vurduq və irəli atıldıq. Oyunu idarə edən tərəf biz idik. Amma sonra avtoqolla məğlub olduq. Meydanda qələbə üçün ölməlisən, bütün gücünü ortaya qoymalısan – işin yarısı elə budur. Hamı bacardığını etməlidir. Bəzi futbolçular qələbəni kifayət qədər istəmirdi. Qalib olmaq üçün 100, 150 faizini meydanda qoymalısan. Kimsə axsayırsa, bütün komanda bundan əziyyət çəkir".

