Azərbaycan Premyer Liqasının XXXI turunda "Kəpəz" səfərdə Azərbaycan çempionu "Sabah"a qalib gəlib.
Prosport.Az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub. O, qazaxıstanlı qapıçı Stas Pokatilovun səhvini bağışlamayıb.
Turnir cədvəlində 10-cu sırada yer alan "Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq yerini möhkəmlədib. Çempionluğunu rəsmiləşdirmiş "Sabah" isə 75 xalda qalıb.
Qeyd edək ki, turun açılış matçında "İmişli" və "Zirə" qolsuz bərabərə qalıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.

