"Qarabağ"ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevin elçilərinin sayı durmadan artmaqdadır. Bu gün həmin siyahıya bir yeni ad əlavə olunub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Serbiyanın ən tanınmış klublarından "Partizan" müdafiəçinin potensial müştəriləri arasına daxil olub.
Belqrad təmsilçisinin seleksiya şöbəsinin əməkdaşları Cəfərquliyevin məsələsiylə yaxından maraqlanırlar. Onlar bu məqsədlə təzminat şərtlərini dəqiqləşdirməyə çalışıblar.
Daha əvvəl Macarıstanın "Ferensvaroş" klubunun millimizin üzvü ilə maraqlandığı bildirilib.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2 həftə öncə "köhlən atlar"ln əsas komandasından kənarlaşdırılıb. Buna səbəb onun Abbas Hüseynovla birlikdə intizamsızlığa yol verməsidir.

