"Qarabağ"ın futbolçusu Mateus Silva daha bir klubun maraq dairəsindədir.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, mövsümün gedişində "Bahia", "Flamenqo" kimi klublarla adı hallanan braziliyalını istəyən klub Kiprdəndir.
Dominantlığını itirən APOEL yeni mövsüm üçün daha güclü heyət quraraq, çempionluğu geri qaytarmaq istəyir. Nikosiya klubu bu səbəbdən Mateus Silva ilə yaxından maraqlanır və onu heyətinə qatmaq istəyir.
Kipr nəhənginin "sambaçı" üçün öz futbolçulardan birini “Qarabağ”a təklif edib, üzərində müəyyən təzminat ödəməyə də hazırdır. Nikosiya təmsilçisi mövsüm bitən kimi "Qarabağ"la danışıqlara başlayacaq. 28 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Mateus Silva “Paysandu”, “Bahia”, “Farense”, “Moreyrense”, “Lokomotiv” (Plovdiv) klublarında oynadıqdan sonra 2023-cü ildə “Qarabağ”a keçib.

