Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev həmin ölkənin çempionatında qol vurub.
Prosport.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi Superliqanın XXXV turunun “Partizani” ilə oyununda fərqlənib. 17-ci dəqiqədə rəqib qapısına yol tapan Əliyev komandasını hesabda önə keçirib – 1:0.
Qeyd edək ki, hazırda matçda fasilədir. “Eqnatiya” fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

