Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Həyat bumeranqdır" – Yuri Vernidub
    5.05.2026 18:34:04

    Azərbaycan Premyer Liqasının XXX turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Qarabağ”la 2-ci oyundan sonra uşaqlarda böyük emosiyalar ortaya çıxdı. Bu oyun üçün çox həyəcan keçirdim. Məşqçilər heyəti olaraq bunun öhdəsindən gələ bildik. Futbolçulara da minnətdaram.

    – “Neftçi”nin avrokuboklara vəsiqə məsələsi məhz sizin ev oyunlarınızı keçirdiyiniz arenada müəyyənləşəcək. Həmin oyundan – kubokun finalından gözləntiləriniz nədir?
    – Qarşıda 3 oyun var və bunlar bizim üçün finaldır. Bütün futbolçular başa düşür ki, hər matçda maksimum nəticə göstərməliyik. Kubokun finalından da çox şey asılı olacaq. Titulu kim qazanacaq? Zaman göstərəcək. Öz oyunlarımız da vacibdir. Sona qədər mübarizəmizi davam etdirəcəyik.

    – Falaye Sakoya nə vermişdiniz ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdi?
    – Ona təşəkkür edirəm, peşəkar futbolçudur. Bir oyunda yox, bütün matçlarda səviyyəsini ortaya qoymalıdır. Fransa çempionatında da oynayıb və yaxşı təcrübəsi var. Ona nə deyim? Afərin!

    – Məşqçi kimi böyük yol keçmisiniz. Müharibə vaxtı ölümlə üzbəüz olmusunuz. Amma ötən oyundan sonra çox həyəcanlı olduğunuzu demişdiniz. Bu, matça görə idi, ya başqa səbəbi oldu?
    – Başqa səbəb yox idi. Sadəcə 1:5 hesablı məğlubiyyət mənim üçün sarsıdıcı idi. Bundan sonra söz tapa bilmirdim. Ona görə də, 2-ci oyunda fərqli çıxış etdik. Qələbədən sonra emosiyalar fərqli idi və buna görə də suallara cavab vermək istəmədim. “Neftçi” kimi tarixi olan komandada işləmək isə şərəfdir. Futbolçulara, azarkeşlərə və rəhbərliyə böyük hörmətim var. Oyunçular da “Neftçi”də olmağın üstünlüyünü dərk etməlidir. Hər zaman peşəkar oynamalıdırlar ki, bu kluba layiq olsunlar.

    – Transfer məsələlərində planlarınız hazırdır? 
    – Transferlər barədə danışmamışam. Kim hansı oyunçunun adını çəkirsə, özü də danışsın. Vaxtı gələndə hər şeyi özüm deyəcəyəm. Yazırlar ki, hansısa futbolçu ilə münaqişə etmişəm, amma bu, doğru deyil. Transfer işlərində çox diqqətli olacağıq.

    – “Neftçi”nin “3-lük”dən kənarda qalmasının səbəbi mövsümün əvvəlində itirilən xallardır, yoxsa hakim qərarları?
    – Bu barədə şərh vermək istəmirəm. Komanda məndən əvvəl də çoxlu xallar itirmişdi. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt”la oyundakı heç-heçələr mənim də vaxtımda olub. Çalışırıq ki, hər oyunda maksimum nəticə qazanaq. Komandada müsbət dəyişikliklərə nail olmuşuq. Ən böyük arzumdur ki, “Neftçi” layiq olduğu yerlərdə olsun.

    – Kubokun finalını stadiondan izləyib, “Sabah”a azarkeşlik edəcəksiniz?
    – Dəqiq bilmirəm. “Sabah”a və ya “Zirə”yə azarkeşlik etməyim doğru olmaz. Güclü olan qalib gəlsin. Düzdür, “Sabah”ın qələbəsi bizə daha uyğundur, amma hansısa rəqibimizə pis bir şey arzu edə bilmərəm. Həyat bumeranqdır.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved