“Sabah”ın futbolçusu Umarali Rahmonaliyev yayda keçiriləcək dünya çempionatında iştirak edə bilər.
Prosport.Az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu ölkənin milli komandasının məşqçi heyəti 23 yaşlı yarımmüdafiəçinin klubundakı çıxışından məmnundur.
“Sabah”ın ilk çempionluğunda önəmli pay sahibi olan Rahmonaliyev performansı ilə diqqət çəkib. 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun DÇ-2026-da iştirak şansı yüksək qiymətləndirilir.
Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul aralığında Kanada, Meksika və ABŞ-də keçiriləcək.

