Azərbaycan Premyer Liqasının XXIX turunun “Neftçi” ilə görüşündə (5:1) "Qarabağ"ın heyətində 200-cü oyununa çıxan Kevin Medina mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, kolumbiyalı müdafiəçi XXX turun "Turan Tovuz"la qarşılaşmasından (2:1) öncə üzərində "200" yazılmış xüsusi forma ilə təltif olunub.
Qeyd edək ki, Kevin Medina "Qarabağ"ın heyətində keçirdiyi 201 qarşılaşmada 6 qola imza atıb. Müdafiəçi çempionatda 117 (3 qol), avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 oyunda şans qazanıb.

