Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizə Konfrans Liqasını arzu edirsiniz?" – Qurban Qurbanov
    4.05.2026 22:23:47

    Azərbaycan Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Sıx qrafikə baxmayaraq, sona qədər mübarizə apardılar. Oyunçularım  böyük xarakter nümayiş etdirdilər.

    – Musa Qurbanlının zədəsi nə dərəcə ciddidir?
    – Bir az vaxt lazım olacaq. Dizində ağrılar hiss etdi. Bir neçə gün əvvəl məşqdə də eyni hal yaşanmışdı. Sabah daha dəqiq bilinəcək. Onun həmin nahiyədə xroniki zədəsi var.

    – Buraxdığınız qolda Mateuş Koxalskinin səhvi var idi, ya rəqibin ustalığı rol oynadı?
    – Hər ikisi. Ayxan Hüseynov baxımlı zərbə endirdi, amma qapıçı da belə toplara reaksiya verməlidir.

    – Sanki zərbəyə hazır deyildi…
    – Sanki ciddiyə almırdı. Təkrar epizoda baxdım, zərbə də keyfiyyətli idi.

    – Ramil Şeydayev bu il cəmi 1 oyuna çıxıb və 9 dəqiqə şans qazanıb. Alternativ yox idi oynadı, ya məşqlərdə özünü göstərir?
    – Ramil işgüzar futbolçudur, bu da həmişə onun üstün cəhəti olub. Məşqlərdə də ən yaxşılar sırasındadır. Bəzən oyunlar elə alınır ki, matça daxil ola bilmir. Bu gün isə şans qazandı.

    – AFFA İntizam Komitəsi Kubokun “Sabah”la yarımfinal oyunu ilə bağlı cəzaları açıqlamayıb. Araşdırmanın bu qədər uzun çəkməsi haqda nə düşünürsünüz?
    – Bu barədə heç nə fikirləşmirəm.

    – Yayda yeni istədiyiniz hücumçular alınmazsa, Juninyonu geri qaytarmaq variantını nəzərdən keçirərsiniz?
    – İnanmıram ki, Meksika çempionatından bura qayıtsın. Üstəlik, orada dünya çempionatı da keçiriləcək. Gəlsə, "yox" demərəm. Son oyunlarda da formadadır. Az qol vursa da, vacib anlarda önə çıxır. Onun gəlişi isə çətin görünür.

    – Yerli “bazar”da diqqətinizdə olan legionerlər var?
    – Var, amma klublarındadırlar.

    – Çox qol vurub, az qol buraxan komandalardansınız. Yayda transferlərdə vacib mövqe hansı olacaq?
    – Ümumi baxırıq. Hər mövqedə yeni futbolçuya ehtiyacımız var. Keyfiyyət və say önəmli məqamdır. Çalışacağıq ki, həm sayı, həm də keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli keçdi. Futbolda bəzən gözləmədiyin hallar çox olur. Kimsə zədələnir, kimsə yorulur və ehtiyat skamyada problemlər yaşanır. Son vaxtlarda “Sabah”la 3, “Neftçi”ylə 2, bu gün “Turan Tovuz”la matç… Hamısı yüksək səviyyəli görüşlərdir. Belə anlarda rotasiyalara ehtiyac yaranır. Çalışırıq ki, heyəti genişləndirək.

    – Kuboku “Sabah”ın, yoxsa “Zirə”nin qazanmasını istərdiniz?
    – Hər ikisinə uğurlar arzu edirəm.

    – Sizcə, builki tempi saxlaya bilsəniz, Konfrans Liqasında yarımfinala qədər yüksəlmək ehtimalı var?
    – Bizə Konfrans Liqasını arzu edirsiniz? (gülür) Çox istərdim ki, daha yuxarılarda olaq. Böyümək, böyük futbolu tam hiss etmək üçün yüksək səviyyəli turnirlər daha önəmlidir. Güclü komandalarla qarşılaşmaq isə özlüyündə mühüm təcrübədir. Düzdür, fikirlər var ki, Konfrans Liqasında daha irəli gedə bilərik. Amma nəzərə alaq ki, 1 il əvvəl Avropa Liqasında 1 qələbə qazandıq, bu il isə Çempionlar Liqasında 10 xal topladıq. Bir çox nüanslar var, qəti nəsə demək olmur. Amma elə oyunlar da var ki, həmin performansla Çempionlar Liqasına layiq olduğumuzu göstəririk. “Dinamo” (Zaqreb) ilə düşdüyümüz mövsüm içimdə rahatlıq var idi ki, ÇL-də qruplara düşəcəyik. Amma baxırsan ki, nəticə başqa cür olur. Həmin il Avropa Liqasında yaxşı çıxış etsək də, cəmi 1 qələbə qazandıq. Ölkədən çıxanda fərqli stress, fərqli futbol, fərqli yanaşma olur. Hər komandanın böyük potensialı və iddiası var. Onlar da bizim kimi yaxşı nəticəyə can atır. Xeyirlisi, hansı turnir olursa olsun, mübarizəmizi davam etdirəcəyik.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved