"Qarabağ" Azərbaycan Premyer Liqasının XXX turunun "Turan Tovuz"la oyununda ciddi itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, Ağdam klubunun hücumçusu Musa Qurbanlı ilk hissədə zədələnib. Oyuna davam edə bilməyən 24 yaşlı forvard Abdullah Zubirlə əvəzlənib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilı başa çatıb.

