“Neftçi” Azərbaycan Premyer Liqasının XXX turunda “Karvan-Yevlax”la oyuna itki ilə çıxacaq.
Prosport.az xəbər verir ki, Sessi Dalmeyda sözügedən matçda iştirak etməyəcək.
Buna yarımmüdafiəçinin cəzalı duruma düşməsi səbəb olub. O, “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri XXI turdan təxirə salınmış oyunda sarı vərəqə görmüşdü. Cari mövsüm 4-cü dəfə bu halla üzləşən oyunçu Yevlaxdakı matçı buraxmalı olacaq.
Qeyd edək ki, “Karvan-Yevlax” - “Neftçi” oyunu mayın 5-də keçiriləcək.

