Niderland Erediviziyasında XXXII tur başa çatıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" öz meydanında "Herenven"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Kökçü start heyətində meydana çıxıb və 51-ci dəqiqədə əvəzlənib.
Hazırda “Volendam” 28 xalla turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.

