"Qarabağ"ın sabiq hücumçusu Juninyo Meksika çempionatında baxımlı qolun müəllifi olub.
Prosport.Az xəbər verir ki, XXVII turda "Amerika"ya qarşı keçirilən səfər matçında (3:3) 29 yaşlı braziliyalı komandasının ilk qolunu vurub.
Bu, onun Meksika çempionatında 18 oyuna 8-ci qoludur.
Qeyd edək ki, bu qələbədən sonra "Pumas" "Qvadalaxara" ilə birgə 36 xalla şərikli liderdir.

