Azərbaycan Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəklərinə görə minnətdaram. David Sezarın zədələnməsi oyunun qırılma anı idi.
Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda 3 oyun var, mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.

