Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəhanə axtarırlar ki, Azəri "vursunlar" - Azər Bağırov
    2.05.2026 19:30:56

    Azərbaycan Premyer Liqasının XXX turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Maraqlı oyun alındı. Matç bizim üçün yaxşı başlaya bilərdi, amma qol vura bilmədik. Kuryoz qollar buraxırıq. Uşaqların hər birinə təşəkkür edirəm ki, toparlandılar və geridönüş etdilər. Fanatlarımıza sağ ol deyirəm – daim bizim yanımızdadırlar. Dırnaqarası azarkeşlərimiz də var ki, qələbə qazananda belə, min bir bəhanə axtarırlar. Əziyyətə dəyər verilmir.

    – Söhbət var idi ki, məğlub olsaydınız, istefa şüarları səslənəcəkdi…
    – Xeyr. Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər Bağırov hansı vəziyyətdə komandanı götürüb. Xal yox idi, legioner çatışmazlığı yaşayırdıq. Cəmi bir əcnəbi transfer etdik, Cefferson da Azərin səhvinə görə getməyib. Gənc oyunçularla yolumuza davam etdik. Hansısa fanatın “istefa” qışqırması mənim üçün önəmli deyil.

    – Ardıcıl 4 məğlubiyyətə səbəb nə idi?
    – Komandamızın ehtiyat qüvvəsi yoxdur. Bir oyunçu zədələndə eyni anda üç mövqeni dəyişməli oluruq. Bu işləri əsl azarkeşlər görür. Amma dırnaqarası fanatlar var, bəhanə axtarırlar ki, Azəri “vursunlar”.

    – Sonuncu olmayacağınız dəqiqləşdi. İndi pley-offa düşməmək lazımdır…
    – Liqada qarşılaşdığımız komandalara “başağrısı” olmuşuq. Turnir cədvəlində kimin hansı yerdə olmasına baxmırıq. Cüzi səhvlərdən qol buraxmasaq, qələbələrimiz də gələcək. İnanıram ki, azarkeşlərin dəstəyi ilə daha yaxşı olacağıq.

    – Buraxdığınız qola bəxtsizlik, ya qapıçı səhvi demək olar?
    – Rikoşet oldu, amma vacib məqam bu gün Yusifin qapıda olması və futbolçulara inam verməsidir. O, bəzi anlarda səhvləri siğortalayır.

    – Rəqib həmkarınız ilk qolunuzda penalti olmadığını dedi. Siz nə düşünürsünüz?
    – Əksini desək, düzgün olmaz. Çempionlar Liqasına baxsaq və ordakı penaltilərə nəzər yetirsək, çox suala özümüz cavab tapacağıq.

    Futbol

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42
    Futbol

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29
    Futbol

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10
    Futbol

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46
    Futbol

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52
    Futbol

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39

    “Bizim üçün yeganə müsbət nəticə qələbədir” – MOİK-in futbolçusu

    22.07.2026 10:39:55

    "Neftçi" Konfrans Liqasında mübarizəyə başlayır

    22.07.2026 10:13:06

    Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

    22.07.2026 09:36:13

    Çempionlar Liqasında gecənin nəticələri

    22.07.2026 09:06:09

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved