Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Kikboksinqdən futbol hakimliyinə gələn Kamranbəy Rəhimov
    2.05.2026 10:37:38

    AFFA Hakimlər Komitəsinin əməkdaşı, hakim-inspektor Ceyhun Haşımov Premyer Liqada idarəçilik edən Kamranbəy Rəhimovun hakimliyə gəlməsi ilə bağlı maraqlı məlumat paylaşıb.

    Prosport.Az xəbər verir ki, o, Premyer Liqanın təxirə salınmış "Neftçi" – "Qarabağ" oyununu (2:1) idarə etmiş hakim haqqında yazıb. Onun sözlərinə görə, Kamranbəy Rəhimov əvvəllər kikboksinqlə məşğul olub:

    "Günlərin bir günü gördüm ki, bir gənc yaxınlaşdı, mən hakimliklə məşğul olmaq istəyirəm, yəni, həvəsim böyükdür. Amma onun əl və üz cizgilərindən hiss etdim ki, döyüş növü ilə məşğul olub. Soruşdum ki, bəs sən hansı idman növü ilə məşğul olmusan? Dedi, kikboksinqlə məşğul olmuşam, kifayət qədər nəticələrim də var, beynəlxalq arenada uğurlarım olub. Sadəcə mənim istəyim, məhəbbətim, diqqətim daha çox futbola yönəlib. Əlbəttə ki, biz hər bir gəncə şans verməliyik, yəni, ona imkan verməliyik, dəstək olmalıyıq.

    Kamranbəy də istisna olmadı və məşqlərə, dərslərə başladı. Əlbəttə, həvəsli görsənirdi, çalışqan idi. Qeyd etməliyəm ki, Gəncədə yaşadığı üçün həftədə 2 dəfə oradan məşqlərə, dərslərə gəlib yenidən geri qayıdırdı. Bu, mənə çox xoş təsir bağışlayırdı ki, bir gənc bu işə o qədər dəyər verir ki, yolun uzaqlığına baxmayaraq gəlib-gedir və yəqin ki, nəticəsi də olacaq. Onun özünəməxsus bir saqqal imici var idi. Biz də o vaxt tələb edirdik ki, dərs və məşqlərdə səliqəli olmaq lazımdır, yəni, üzütüklü şəkildə iştirak etmək olmaz. Bu o demək deyil ki, saqqallı olanlar səliqəsizdir, yox. Sadəcə hakimlikdə qoyulan tələb bu idi – nizam-intizam. Bu dərsdən sonra növbəti dərsdə yenə saqqalla gəldi. Hansı ki, mən ona demişdim ki, Kamranbəy, dərsə saqqalla gəlmə. Və o növbəti dərsə yenə saqqalla gələndə ona qısaca dedim ki, Kamranbəy, məşqi tərk elə, bu simada səni məşqə buraxa bilmərəm. O da sakitcə məşq otağını tərk etdi.

    Mənim üçün bu qərarı vermək çətin idi. Çünki bilirdim ki, Gəncədən gəlir. Amma nizam-intizam hər şeydən öndədir. Necə deyərlər, "Stanislavski deyib ki, teatr asılqandan başlayır". Biz də bu işdə ilk gündən düzgün istiqamət verməliydik, bəzən ciddi addımlar atmaq lazım olurdu. Dərsin başlamasına 4-5 dəqiqə qalmış gördüm ki, qapı açıldı və Kamranbəy üzü təraş olunmuş halda içəri daxil oldu. Bu mənim üçün gözlənilməz və çox xoş sürpriz oldu. O an bir daha sübut olundu ki, bu insanın bu işə sevgisi və münasibəti çox ciddidir. Əgər deyilənləri qəbul etsə, nəticəsi mütləq olacaq.

    Sonrası artıq məlumdur. Ona şans verildi. Əvvəl köməkçi hakim kimi düşünülürdü, amma sonralar baş hakim kimi də özünü sınadı. Əlbəttə, çətin dönəmlər yaşadı, bəzi incəliklər var idi ki, tam istədiyimiz kimi alınmırdı. Amma işləyirdi. Bir il yarım bundan qabaq bir oyundan sonra onunla telefonla uzun danışığımız oldu. İradlarımı dedim, o da çox diqqətlə dinlədi, qeyd elədi və söz verdi ki, bunların hamısının üzərində işləyəcək. Dedi ki, yaxın gələcəkdə inkişaf edib nəticə göstərəcək və ümid edir ki, mən də razı qalacağam. Bir neçə ay sonra oyununu yenə izlədim və gördüm ki, bəli, irəliləyiş var, çatışmazlıqları aradan qaldırıb, amma yenə də daha mükəmməl olmaq üçün çalışmalıdır. Bir neçə ay əvvəl isə Premyer Liqada idarə etdiyi prinsipial oyunda artıq onun hakimliyindən razı qaldım. Və artıq demək olar ki, sübut elədi — istənilən oyunu yüksək səviyyədə idarə edə bilər. Ona gələcəkdə uğurlar arzu edirəm. İnanıram ki, bizi hələ çox sevindirəcək".

    Futbol

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48
    Futbol

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    Futbol

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42
    Futbol

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29
    Futbol

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10
    Futbol

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39

    “Bizim üçün yeganə müsbət nəticə qələbədir” – MOİK-in futbolçusu

    22.07.2026 10:39:55

    "Neftçi" Konfrans Liqasında mübarizəyə başlayır

    22.07.2026 10:13:06

    Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

    22.07.2026 09:36:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved