“Sabah” Timoteuş Puxaçın transferi üçün Almaniya 2-ci Bundesliqa təmsilçisi “Holştayn Kil”ə müraciət etməyib.
Prosport.Az xəbər verir ki, bu barədə futbolinfo.az-a Almaniya klubunun idman direktoru Olaf Rebbe məlumat verib.
O bildirib ki, Azərbaycan klubu istəsə, bu barədə danışıq apara bilərlər: “Hazırda onlar tərəfindən müraciət yoxdur. Ümumiyyətlə, onu transfer etmək istədiklərini də bilmirəm. Əgər istəsələr, razılaşmadan asılıdır. Transfer məbləği ilə bağlı razılığa gəlsək, ola bilər”.
Qeyd edək ki, Timoteuş Puxaç 2025-ci ilin yayından “Sabah”da çıxış edir. Polşalı futbolçu Azərbaycan təmsilçisində icarə əsasında oynayır. O, Masazır klubunun heyətində 23 oyun keçirib.

