Eren Aydın növbəti mövsümü “Zirə”də keçirəcək.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, qəsəbə klubu bu ilin əvvəlində sıralarına qatdığı türkiyəli hücumçu ilə apardığı danışıqları yekunlaşdırıb.
Tərəflər arasında razılıq əldə olunub.
Mövcud kontraktı iyunda başa çatacaq “Qalatasaray“ın yetirməsi anlaşmanın müddətini 2 illik uzatmağa razılıq verib.
Premyer Liqada 3 qola imza atmış 22 yaşlı forvard daha əvvəl ölkəsində “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynada “Veres”in formasını geyinib.

