"Qarabağ" klubu 8000 manat cərimələnib.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" ilə matçda yaşananlar səbəb olub.
Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə ziyana düşüb. Bu hal cari mövsümdə 5-ci dəfə təkrarlanıb.
"Neftçi" isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

