“Qarabağ”ın "Neftçi" ilə oyunda zədələnən futbolçusu Coni Montiel əməliyyat olunub.
Prosport.Az xəbər verir ki, ayaq barmağı sınan yarımmüdafiəçi bu gün əməliyyat olunub.
27 yaşlı ispaniyalı legioner ən azı 1 ay meydana çıxa bilməyəcək. Bu isə Coni Montiel üçün mövsümün erkən bitməsi deməkdir.
11:16
Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” ilə səfər oyununda (1:2) zədə alan Coni Montiel dərhal xəstəxanaya aparılıb.
Prosport.Az xəbər verir ki, ilk hissənin sonlarında zədələnən futbolçu 42-ci dəqiqədə əvəzlənib.
Onun ayaq barmağında sınıq olduğu ehtimal edilir. Lakin bu, yekun diaqnoz deyil. Əvəzləndikdən dərhal sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılan futbolçunun durumuna daha sonra aydınlıq gələcək.

