Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "5:1 hesablı qələbəmiz 100% “Neftçi”yə motivasiya verdi" – Qurban Qurbanov
    30.04.2026 22:48:22

    Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Neftçi”ni təbrik edirəm. Qarşımızda əzmkar, istəkli rəqib var idi. Futbolçularıma da təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Futbolda belə hallar olur. Qələbə “Neftçi”nin haqqı sayılır. İlk oyundan sonra da demişdim ki, bu matç daha çətin keçəcək. Stadionda yaxşı atmosfer vardı, azarkeşlərə təşəkkür edirəm. Düzü, bizə istirahət lazımdır, amma qarşıda oyunlarımız var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ sıx qrafikdəyik. Futbolçularım üçün bu mövsüm çox faydalı, təcrübə baxımından əhəmiyyətli oldu. Onu da qeyd edim ki, ağır bir mövsüm keçirdik. Məğlubiyyətlər də yaşandı, amma buna baxmayaraq futbolçulara təşəkkür edirəm.

    – “Neftçi”yə qarşı qısa müddətdə 2 fərqli oyun oldu. Sizcə, ilk matçdakı məğlubiyyət onlara motivasiya baxımından necə təsir göstərdi?
    – İlk oyundakı nəticə 100% “Neftçi”yə müəyyən qədər motivasiya verdi. Onlar qələbəyə layiq idi. Yaxşı xarakter göstərdilər. “Neftçi”nin daha hazırlıqlı olacağını gözləyirdik. Bu dəfə ciddi və motivasiyalı idilər.

    – İlk oyundakı böyükhesablı qələbəniz futbolçularda rahatlıq yaratmadı?
    – Ola bilər, ancaq çalışdıq ki, oyunçular bu barədə çox düşünməsin. “Neftçi”nin keyfiyyətli və sürətli futbolçuları var. Komandam nə qədər köklənməyə çalışsa da, müəyyən rahatlıq hiss olunurdu. İlk dəqiqələrdən bunu görmək mümkün idi.

    – Coni Montielin zədəsi oyuna necə təsir etdi?
    – Gözlənilməz dəyişiklik oldu. Oyundan əvvəl planlarımız fərqli idi. Bu gün Pedro Bikalyonu ehtiyatda saxladıq, çünki son 9 oyunda daim meydanda qaldı. Montielə çox şans vermək istədik, lakin o da zədələndi. Planlarımızda olmayan əvəzetmələr etdik. Sonradan oyuna daxil olan futbolçular da pis təsir bağışlamadı. Futbolda son dəqiqə qolları azarkeşlərin ən çox gözlədiyi anlardandır. Bu gün “Neftçi”nin günü idi.

    – “Sabah” ilk dəfə çempion oldu. Bu barədə nə deyə bilərsiniz?
    – Onları təbrik edirəm. İstənilən komandamızın uğurlarını qeyd etməliyik. Son 1 ay – ayyarımı nəzərə alsaq, çempionatın bütün matçları sıx qrafikdə baş tutdu. Qısa müddətdə “Sabah”a 3, “Neftçi”yə qarşı 2 oyun keçirdik. Həm azarkeş sayı, həm də oyun tempi baxımından fərqli qarşılaşmalar oldu. İlboyu yığılan yorğunluğa baxmayaraq, bu matçlarda yaxşı təsir bağışladıq. Nəticələrin dəyişməsi futbol ictimaiyyətinin marağını da artırır. Bu isə intriqanın böyüməsinə və  məsuliyyətin artmasına səbəb olur. “Sabah”ı bir daha təbrik edirəm.

    – 2-ci pilləni itirmək təhlükəsi sizi narahat etmir?
    – Qarşıda “Turan Tovuz”la matç var. Onlar da yaxşı hazırlaşıb, müəyyən narahatlıq isə normaldır. Bu il futbolçularım böyük xarakter nümayiş etdirib. İnanıram ki, onlar yenə maksimum nəticə üçün mübarizə aparacaq.

    – Bu mövsüm çempion ola bilməməyinizin səbəbini nədə görürsünüz?
    – Bir neçə səbəb var. Ola bilər ki, çempionata tam hazırlaşa bilmədik. Digər tərəfdən, Çempionlar Liqası bizi xeyli yordu. Bəzi detallar da var – oyunçulara gələn təkliflər, diqqətin yayınması və s. Bunları qabartmağa ehtiyac yoxdur, amma motivasiyaya təsir edirdi. Eyni zamanda, qarşımızda yaxşı hazırlaşmış “Sabah” var idi. Onlar bütün diqqətlərini çempionata yönəltmişdilər və demək olar ki, heç bir oyunda boşluq vermədilər. Görünür, bu çempionata tam hazır deyildik, gücümüzü düzgün bölüşdürə bilmədik. Hər zaman çempion olası deyilik ki... İstənilən ölkədə bu hallar olur. Bəzi nüanslar var ki, onları düzgün təhlil etməliyik. Çempion ola bilməməyimizi qəbul edirəm. Futbolçuların hansı əziyyətlərdən keçdiyini anlayıram. Bu mövsüm rəqiblər çox istəkli idilər – istər “Neftçi”, istər “Sabah”, istərsə də “Zirə”. Onlar da hədəflərinə çatmaq üçün böyük işlər gördü. Bu mövsümdən nəticə çıxarıb, qarşıdakı illərə daha yaxşı hazırlaşacağıq. Ümumilikdə isə futbolçulardan razıyam.

    – Yayda klubda ciddi dəyişikliklər gözlənilir. Hazırda transfer məsələləri ilə bağlı durum nədir?
    – Danışıq apardığımız futbolçular çoxdur. İşimizin 60-70%-i transfer məsələlərinə yönəlib. Dəyişikliklərə ehtiyac var. Nə qədərinin alınacağını demək çətindir. Hər şey istədiyimiz kimi getsəydi, iş də daha rahat alınardı.

    – Bəzi futbolçular son oyunlarda performans baxımından artırıb. Hansısa oyunçu var ki, onlarla bağlı fikriniz dəyişib?
    – Hələ konkret bir qərar yoxdur. Milli komandalarda oynayan futbolçular da çox yorulur. Marko Yankoviçə istirahət verdikdən sonra özünə gəldi, performansını bərpa etdi. Bir neçə oyunçu ilə bağlı ilkin planlarımız var. Biz heç kimi göndərmirik. Bəzilərinin getməsi normaldır. Lakin müqaviləsi davam edənlər də var və onlarla razılığa gəlməliyik.

    – Elvin Cəfərquliyevlə bağlı son durum nədir?
    – Hələ yenilik yoxdur. Planımı tam tutmamışam. Qarşıda bir neçə oyun var.

    – Onunla görüş planlaşdırırsınız?
    – Hələ görüşməmişik.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved