Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    "Böyük idman uğurlarının təməlində dövlət siyasəti dayanır" – Ülvi Quliyev
    30.04.2026 22:32:04

    İctimai həyatın bütün sahələrində olduğu kimi, idmanda qazanılan uğurlar da yalnız o zaman davamlı xarakter daşıyır ki, idmançı dövlətin qayğısı ilə əhatə olunur. O, məşqçiləri və texniki heyətlə bir yerdə görəndə ki, çəkdiyi zəhmətə, qazandığı nailiyyətə təkcə doğmaları və yaxınları deyil, dövləti də ən ali səviyyədə dəyər verir, bütövlükdə cəmiyyət onunla qürur duyur, idmançı bu halda növbəti qələbələrə ruhlanır.

    Ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı 2 min medalın 600-dən çoxunun məhz qızıl olması o deməkdir ki, təltifetmə mərasimlərinin hər birində dövlətimizin himni səsləndirilib, Azərbaycanın dövlət bayrağını fərqli millətlərdən olan azarkeşlər ayaqüstə alqışlayıb. Bütün bu uğurların təməlində idmanın inkişafı ilə bağlı ardıcıl dövlət siyasəti və hərtərəfli qayğısı dayanır. Ən başlıcası, idmançılarımız artıq yaxşı bilir ki, qalib dövlətin və qalib xalqın təmsilçisi kimi indi daha böyük məsuliyyət daşıyırlar.

    Bir neçə gün əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında yunan-Roma güləşi və sərbəst güləş üzrə milli komandamızın 1-ci olması elə bu səbəbdən xüsusilə qürurvericidir. Prezident İlham Əliyevin idmançı və məşqçiləri şəxsən qəbul etməsi həm də o deməkdir ki, hətta dövrümüzün mürəkkəb çağırışları və bundan irəli gələn vaxt məhdudluğu belə, Prezidentin cəmiyyətin ayrılmaz hissəsi – idman ictimaiyyəti ilə mütəmadi görüşlərinə mane olmur.

    Bu ənənənin və Azərbaycanın böyük idman ölkəsi kimi təşəkkül tapması siyasətinin də əsasını qoyan Ümummilli Lider Heydər Əliyev vaxtilə belə demişdi: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən 2-ci bir vasitə yoxdur”. Prezident İlham Əliyevin güləşçilərlə görüşü zamanı səsləndirdiyi bu açıqlama isə ictimai dəyərlərə yanaşmada mövqe ardıcıllığının, idman və idmançılarla bağlı fikir bütövlüyünün, dəyişməz dövlət siyasətinin təsdiqidir: “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.

    Bu böyük sevinci Azərbaycan Karate Federasiyası da səmimi-qəlbdən bölüşür, güləşçilərimizi, məşqçi və texniki heyəti, Güləş Federasiyasını, Gənclər və İdman Nazirliyini bir daha təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

    Ülvi Quliyev (Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti)

    Boks

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19
    Döyüş növləri

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Döyüş növləri

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved