"Qarabağ" "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyuna ciddi itkilərlə çıxacaq.
Prosport.Az xəbər verir ki, Ağdam klubunun 5 futbolçusu bugünkü görüşdə iştirak etməyəcək.
Zədəli futbolçular – Şahruddin Məhəmmədəliyevlə Bəhlul Mustafazadənin kənarda qalacağı dəqiqdir. Atasının vəfatı ilə bağlı Braziliyaya yola düşən Dani Bont hələ də Bakıya qayıtmayıb.
İntizam qaydalarını pozduqları üçün əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevlə Abbas Hüseynov hələ də cəzalı durumdadır.
Qeyd edək ki, "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

