Azərbaycan milli komandası iyun ayında Avstriyada təlim-məşq toplanışında olacaq.
Prosport.Az xəbər verir ki, yığmamız burada 2 yoldaşlıq oyunu keçirəcək. Komandamız Malta və San Marino seçmələri ilə üz-üzə gələcək.
Millimizin "cırtdanlar"la keçirəcəyi matçların tarixi məlum olub. Belə ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 5-də Malta, 9-da San-Marino ilə qarşılaşacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı iyunun 1-dən 10-a qədər davam edəcək.

