Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    Bakıda beynəlxalq şahmat festivalı start götürdü
    30.04.2026 15:54:22

    "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

    Prosport.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.

    İlk olaraq Dövlət Himni səsləndirilib.

    AŞF prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb. O, "Baku Open"in ənənəvi olaraq 2023-cü ildən təşkil olunduğunu xatırladıb: "Bu festival münasibətilə şahmatsevərləri təbrik edirəm. Burada hər yaş qrupundan şahmatçı var. Turnirə rekord sayda iştirakçı qatılıb. Sizə ədalətli oyun və qələbələr arzulayırıq".

    Ardınca Azərbaycan Şahmat Turu-2026-nın tanıtım videosu təqdim edilib.

    Gənclər və idman naziri Fərid Qayıbov idman və şahmat bayramı münasibətilə təbriklərini çatdırıb: "Azərbaycanda şahmat ənənələri çox böyükdür. Bu idman növündə böyük nəticələrimiz var. Azərbaycan Şahmat Federasiyası bu idman növünün təbliğatı və inkişafı üçün tədbirlər, yarışlar təşkil edir. Bu gün cənab Prezident İlham Əliyev Avropa çempionatında fərqlənən güləşçiləri qəbul edib. Bu, bütün idmançılar üçün motivasiyadır. Bütün iştirakçılara uğurlar arzulayıram".

    Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

    Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.

    Stolüstü oyunlar

    Azərbaycanı Karakasdakı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    17.11.2026 14:15:40
    Digər idman növləri

    Şəhriyar Məmmədyarovun rəqibi erməni oldu

    16.11.2026 23:19:32
    Stolüstü oyunlar

    "Qızıl medalı təmin etsəm də, seriyanı qırmaq istəmədim" - Avropa çempionu

    14.11.2026 13:17:47
    Digər idman növləri

    Yığmamız vətənə 3 medalla qayıtdı - FOTOLAR

    14.11.2026 12:16:06
    Digər idman növləri

    Avropa çempionatında 1 dəst medal

    12.11.2026 23:38:45
    Digər idman növləri

    Azərbaycan şahmatçısı Avropa çempionu oldu

    11.11.2026 22:14:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Basketbol millimiz İslandiyaya böyük fərqlə uduzdu

    18.11.2026 01:45:44

    “Bütün komandadan razıyam” - Rui Jorje

    17.11.2026 23:28:32

    İdmançılarımız Türkiyədə birinci oldular

    17.11.2026 22:49:08

    Cüdoçumuz dünya çempionatına lider kimi qatılacaq

    17.11.2026 22:17:25

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55

    Azərbaycanlı bombardir Superliqa klublarının hədəfində

    17.11.2026 20:45:34

    Toral Bayramov Mahir Emreli ilə eyni komandada?

    17.11.2026 20:18:28

    Azərbaycan çempionatında təxirə salınmış oyunların vaxtı bilindi

    17.11.2026 19:54:03

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55

    Millimiz Omana 2-ci oyunda da qalib gəldi

    17.11.2026 18:56:34

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52

    Azərbaycanlı məşqçi 2-ci dəfə Avropanın ən yaxşısı oldu

    17.11.2026 17:48:14

    "Araz-Naxçıvan"ın legioneri zədədən sonra məşqlərə başladı

    17.11.2026 17:19:44

    II Liqada XI tura yekun vuruldu

    17.11.2026 16:51:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved