Azərbaycan Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək.
Prosport.Az xəbər verir ki, matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Ağdam təmsilçisi çempionatda 59 xalla 2-ci, Bakı klubu 44 xalla 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, aprelin 26-da, XXIX turun oyununda "Qarabağ" rəqibini 5:1 hesabı ilə üstələyib.

