Polşanın “Yagelloniya” klubunun hücumçusu Afimiko Pululu karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı forvard Azərbaycan və Qazaxıstandan təklif alıb. 2 ölkə klubları anqolalı oyunçuya illik 500 min avro ödəməyə hazırdırlar. Düzdür, Afimikonun transfer dəyəri 4 milyon avroya bərabərdir. Lakin onun “Yagelloniya” ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, futbolçu yayda azad agent statusu alacaq.
Pululunun prioriteti isə Avropada oynamaqdır. Bu səbəbdən onun Azərbaycan və Qazaxıstana müsbət yanaşmadığı bildirilir. Hücumçu hətta bir müddət əvvəl ona ildə 5 milyon avro ödəməyə hazır olan Qətər klubunun təklifini rədd edib.
Qeyd edək ki, Afimiko 2023-cü ildən “Yagelloniya”nın formasını geyinir.

