Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurban müəllim belə sərt qərar qəbul edirsə, deməli, nəsə olub" – Rəşad Sadıqov
    27.04.2026 20:35:13

    Azərbaycan Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Oyun bizim üçün yaxşı başladı. Yaxşı qol şansı yaratdıq, lakin Eren Aydın epizoddan yararlana bilmədi. Daha sonra rəqib standart vəziyyətdən fərqləndi. 35-ci dəqiqədən sonra oyunu bərabərləşdirə bildik. Fasilədən sonra isə sürəti artırıb, hücumda fəallıq göstərdik. Hesabı bərabərləşdirəndən sonra da imkanımız oldu. Amma ümumi baxanda, Tovuz səfərində 0:1-dən sonra bir xal qazanmaq yaxşı nəticədir.

    – Rəvan Həmzəzadənin təyinatını eşidəndə nə düşündünüz?
    – Heç nə. Çempionatın təcrübəli hakimlərindəndir. Onun təyinatını normal qarşıladıq. Bu gün meydanda yaxşı iş görən 2 komanda var idi. Baxımlı futbol oynadıq. Bu gün yaxşı futboldan da danışmaq olar.

    – Həm liqa, həm kubok yolu ilə avrokuboklara gedə bilərsiniz. Vəziyyəti necə dəyərləndirirsiniz?
    – Çempionatda gərgin mübarizə gedir. Hələ heç nə həll olunmayıb. Liqanı 4-cü yerdə bitirmək istəyirik. Digər tərəfdən finalda da rəqib “Sabah”dır və bilmirsən, kuboku qazana biləcəksən, ya yox. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

    – Elvin Cəfərquliyevin situasiyasını necə şərh edərdiniz?
    – Dəqiqliklə nə olduğunu bilmirəm. Qurban müəllim yerli futbolçuya qarşı belə sərt qərar qəbul edirsə, deməli, nəsə olub. Məyusedici məqamdır. Elvin potensiallı oyunçudur, Çempionlar Liqasında yaxşı səviyyədə oynayıb. Düşünürəm ki, sonda yaxşı olar, hər şey yoluna düşər.

    – İstərdiniz onu heyətinizə qatasınız?
    – Hər klub onun kimi futbolçunu arzulayar.

    – Kuboka görə çempionatı “qurban verəcəksiniz”?
    – Xeyr. Bir plan tutub, davam edirik. Çalışacağıq ki, həm liqada, həm kubokda yaxşı nəticə qazanaq.

    – Abbas Hüseynovun adı “Zirə” ilə hallanır…
    – Abbas gündəmimizdə deyil. Həmin mövqedə kapitan Qismət Alıyev çıxış edir.

    Futbol

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41
    Futbol

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02
    Futbol

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48
    Futbol

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    Futbol

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42
    Futbol

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved