"Sabah" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Prosport.Az xəbər verir ki, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.
"Bank Respublika Arena"dakı qarşılaşma 2:0 hesabı ilə bitib. Bununla da qonaqların 2 oyunluq qələbə seriyasına son qoyulub.
49-cu dəqiqədə "Maribor"dan icarəyə götürülmüş qabonlu hücumçu Orfe Embina, 55-ci dəqiqədə fransalı forvard Aaron Maluda fərqlənib.
Qonaqlardan nigeriyalı yarımmüdafiəçi Qavi Tompson 36-cı dəqiqədə 2-ci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görüb.
Qeyd edək ki, günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib – 1:1.
Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.

