Albaniya Superliqasında XXXIII turun oyunları davam edir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin də formasını geyindiyi "Eqnatiya" "Vora"ya 0:2 hesabı ilə məğlub edib.
Əliyev bütün matçı meydanda keçirib və 29-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
"Eqnatiya" hazırda 54 xalla turnir cədvəlində üçüncü pillədədir.

