"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib.
Prosport.Az xəbər verir ki, XXIX turun oyunu 5:1 hesabı ilə yekunlaşıb.
Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Xoni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai vurublar.
Meydan sahiblərindən Elvin Bədəlov 21-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" 2-ci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla 5-ci sıradadır.
Günün ilk matçında "Şamaxı" "Kəpəz"ə qali əb gəlib - 2:0..
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.

