Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzən lazımsız ajiotaj yaradırıq, futbolumuzu sanki şouya çeviririk" - Ayxan Abbasov
    26.04.2026 19:46:51

    Azərbaycan Premyer Liqasının XXIX turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Bizim üçün xoş qələbə oldu. Çoxdan idi, azarkeşlərimizin önündə qalibiyyətimiz yox idi. Bu gün 2 komanda da uduzmaq istəmirdi. Oyun sürətli başladı, qol epizodları yaratdıq. 2-ci hissəyə yaxşı start vermədik, sonrasında isə toparlana bildik. Komandanı, azarkeşləri təbrik edirəm.

    – “Kəpəz”ə burada 1:4 hesabıyla məğlub olmuşunuz. Bu, oyuna necə təsir göstərdi?
    – Üzücü məğlubiyyətlərimiz olub. Bəzi matçlardan təcrübə qazanmışıq. Çox epizod yaratsaq da, istifadə edə bilmirik. “Kəpəz”in aqressiv oynayacağını gözləyirdik. Dünən “Qəbələ” – “Araz-Naxçıvan” oyununa da baxdıq, sanki bir final idi…

    – Rəhbərlik yeni baş məşqçi ilə bağlı sizinlə danışıb?
    – Bu haqda söhbət olmayıb, qərar rəhbərliyindir. Mövsüm hələ başa çatmayıb. Futbolçuları son oyuna qədər kökləmək istəyirik. İndi nəsə müzakirə etsək, qeyri-peşəkar olar.

    – Elvin Cəfərquliyevin durumu millinin baş məşqçisi kimi sizi narahat edir?
    – Ümumilikdə, milliyə namizəd hər futbolçu məni narahat edir. Həqiqətən yaxşı durumda deyilik, potensiallı futbolçularımız azdır. Onları itirə bilmərik. Klubların öz qərarları var. Tək Elvin yox, digər legioner oyunçularımızdan oynamayanlar olur. Yaxşı hal deyil. Yayda hazırlaşmaq üçün vaxtımız olacaq.

    – Futbolçular oyunlara hansı motivasiya ilə çıxır?
    – Çempionatda 6 komanda var ki, hədəfləri liqada qalmaqdır. 2 ildir, bunu bacarırıq. Kubokda şanslarımız var idi, amma alınmadı. Çempionatda bəzi vaxtlar oldu ki, qələbə qazanıb, “dördlüy”ə cəhd edə bilərdik, o da olmadı. Qışdan sonra daha rahat oynayırıq. Çempionat başlayandan autsayderlər qrupunda olmamışıq. Bəzi şeylər büdcəyə bağlıdır. Geniş heyət olmalıdır, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsansa, keyfiyyət də artmalıdır. Amma ümumi baxsaq, futbolçular gözləntilərdən daha yaxşısını etdi.

    – AFFA rəhbərliyi ilə söhbətlərinizdə çempionatdakı hakim səhvlərini müzakirə edirsiniz?
    – Cahangir müəllimlə söhbətlərimizdə bütün mövzulara toxunuruq. Hakimlik də bunlar arasındadır. Federasiya da səhvlərin az olmasını istəyir. Lakin həqiqəti demək lazımdır, burda medianın, AFFA-nın, klubların da günahı var. Bəzən lazımsız ajiotaj yaradırıq, futbolumuzu sanki şouya çeviririk. Türkiyəyə baxıb, müəyyən hərəkətlər edirik. Bəzi gənc hakimlər də səhvləri üzərlərindən ata bilmirlər. Mənimlə razılaşmaya bilərsiz, bu gün səhvsiz yer yoxdur. Hər şeyi də hakimlərin üzərinə atmaq olmaz. Klubların haqqına da girilib, bunu demək lazımdır. Amma çıxış yolu hakimləri silmək deyil. Onlar da təcrübə qazanmalıdır, üzərlərinə bu qədər getmək olmaz. Səhvləri müzakirə edəndə artıq hakimlərin bəziləri qorxur. Futbolun inkişafı sistemlidir – uşaq futbolu, Premyer Liqa, hakimlər… Hakimlər Komitəsinin sədri deyiləm, suallara açığam, amma hakimlərin təhlili mənim işim deyil.

    Futbol

    "Neftçi" - "Dinamo" – Yenilənir

    22.07.2026 20:36:16
    Futbol

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27
    Futbol

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41
    Futbol

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02
    Futbol

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48
    Futbol

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" - "Dinamo" – Yenilənir

    22.07.2026 20:36:16

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved