“Neftçi” Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”la baş tutacaq matçın hazırlığını başa vurub.
Futbolinfo.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyundan öncəki son məşqə çıxıblar.
Breno Almeyda cəzalı olduğu üçün bu görüşü buraxacaq. Eyni səbəbdən baş məşqçi Yuri Vernidub və köməkçisi Dmitro Kara-Mustafa texniki zonada olmayacaqlar.
“Neftçi” – “Qarabağ” matçının start fiti aprelin 26-sı, saat 19:00-da səslənəcək.

