Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandanı mən qurmamışam" - Andrey Demçenko
    25.04.2026 21:26:22

    Azərbaycan Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Oyunumuz alındı. Rəqibin sürətli əks-hücumlara üstünlük verdiyini bilirdik. İlk hissədə onları dəf etməyi bacardıq, şanslar da yaratdıq, amma qola çevirə bilmədik. Futbolda qayda budur ki, sən qol vura bilməsən, rəqib fərqlənir. Belə də oldu. Daha sonra hesabı bərabərləşdirə bildik. Futbolçuların texnikası oyunun taktikasını da qurur. Böyük futbol xırda detallardan ibarətdir. Bu məqamlarda isə pis olduq. Oyunun sonunda qələbə qolunu da vura bilərdik, alınmadı. Hücuma çıxanda müdafiədə boşluqlar yaranır. Matçın sonunda qalib gələ və ya uduza bilərdik.

    – Komandada nələri dəyişə bilmisiniz?
    – İlk olaraq, müasir futbolu aşılamaq istəyirdik. Yəni, topla daha yaxşı davranmağı bacaran komanda olmağa çalışdıq. Texnikalı və kompakt futbol lazımdır. Bu, özünəinam da yaradır. Amma ümumi baxanda, texniki bacarıqların bəzən kifayət qədər olmadığını görürük.

    – Hansı mövqelərdə çatışmazlıqlar var?
    – Komandanı mən qurmamışam. Bu heyətlə işləməyə çalışırıq.

    – Avrokuboklara vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
    – Turnir cədvəli göstərir ki, o qədər də yaxşı yerdə deyilik. Amma demək istəyirəm ki, hər oyun bir şans verir. Komanda futbol oynayanda xallar da gəlir. Bu, hələ bizdə alınmır.

    – Mövsümün bitməsinə bir neçə tur qalıb. Yay transferləri üçün planlarınızı qurmusunuz?
    – Bu haqda danışmaq tezdir. Müqaviləm yayda başa çatır. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Hələ işləməliyik.

    – Komanda avrokuboklara vəsiqə qazana bilməzsə, məsuliyyətin nə qədərini özünüzə götürürsünüz?
    – Məsuliyyəti üzərimə götürürəm. Gəmidəyəm və kapitanam. İstiqaməti mən seçirəm. Başqa nüanslar da var ki, işlərə mane törədir. Bütün nəticələrə görə məşqçi məsuliyyət daşıyır.

    Futbol

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55
    Futbol

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved