Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Dünya çempionatının final oyunu Azərbaycanda keçirilə bilər
    25.04.2026 12:19:29

    "U-20 millisi Qəbələdəki toplanışla gələcək hazırlıqlara zəmin yaradır".

    Prosport.Az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə keçirilən təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşərkən deyib.

    O bildirib ki, komanda aprelin 13-dən etibarən hazırlıq prosesinə başlayıb və sabah məşqlərin son günü olacaq: “Toplanış müddətində iki futbolçu zədələndi. Onlardan biri məşqlər başlamazdan əvvəl, digəri isə məşq zamanı xəsarət aldı. Zədələnən oyunçulardan birinin əvəzinə başqa klubdan futbolçu dəvət etdik. Hesab edirik ki, bu toplanış gələcək hazırlıq baxımından faydalı olacaq”.

    Hacıyev növbəti təlim-məşq toplanışının may ayının sonlarından başlayaraq təxminən iki həftə davam edəcəyinin planlaşdırıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, cari toplanış tanışlıq və yoxlanış xarakteri daşıdığından yoxlama oyunları keçirilməyib: “Yoldaşlıq görüşlərinin növbəti toplanış zamanı təşkili nəzərdə tutulur. Lakin bu oyunların yerli və ya beynəlxalq rəqiblərlə keçiriləcəyi hələ dəqiqləşməyib”.

    İcraçı vitse-prezident 2027-ci ildə ölkəmizdə təşkil olunacaq U-20 dünya çempionatına hazırlıq işlərinin davam etdiyini bildirib: “Müxtəlif qurumlarla sıx əməkdaşlıq edirik. Yaxın günlərdə həm oyunların keçiriləcəyi məkanlar, həm də tarixlər açıqlanacaq. Final görüşünün harada təşkil olunacağı ilə bağlı özbəkistanlı nümayəndələrlə danışıqlar aparılır. AFFA olaraq final matçına ev sahibliyi etmək niyyətindəyik”.

    Hacıyev əlavə edib ki, U-20 millisinin məşqçi heyəti tərəfindən AFFA-ya 17 aylıq hazırlıq planı təqdim olunub: “Bu plan əsasında komandanın dünya çempionatına hazırlıq prosesi izlənilir. Bu məsələ bizim üçün prioritetdir”.

    O, həmçinin ölkə xaricində çıxış edən futbolçuların toplanışa cəlb olunması istiqamətində işlərin aparıldığını bildirib: “Cari toplanışa Türkiyə, Almaniya və İsveçdə çıxış edən futbolçuları dəvət etmək istəyirdik. Lakin onların liqa oyunları davam etdiyindən bu mümkün olmadı. Gələcəkdə bu istiqamətdə danışıqlar davam etdiriləcək”.

    Futbol

    "Neftçi" - "Dinamo" – Yenilənir

    22.07.2026 20:36:16
    Futbol

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27
    Futbol

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41
    Futbol

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02
    Futbol

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48
    Futbol

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" - "Dinamo" – Yenilənir

    22.07.2026 20:36:16

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    "Bakıdakı dünya çempionatı güləşçilərimiz üçün bir şansdır" - Namiq Abdullayev

    22.07.2026 12:09:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved