Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” 2-ci Bundesliqada növbəti oyuna çıxıb.
Prosport.Az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Braunşveyq”lə qarşılaşıb. Matç “Kayzerslautern”in məğlubiyyəti ilə başa çatıb – 0:2.
Emreli görüşdə iştirak etməyib. Onun adı heyətə daxil edilməyib.
“Kazyerslautern” 31 turdan sonra 46 xalla 7-ci sıradadır.

