Azərbaycan millisinin və "Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.
Prosport.Az xəbər verir ki, bu barədə sportinfo.az-a klubdan məlumat verilib.
Ona Avropanın bir neçə ölkəsindən təklif gəlib. Dəvət göndərənlərdən biri də Almaniyadandır. Belə ki, 2-ci Bundesliqa təmsilçisi hazırda menecerlər vasitəsilə Rüfətlə intensiv danışıqlar aparır.
Abbasov legioner həyatı yaşamağa çox həvəslidir. Odur ki, "Neftçi"yə dönmək variantını dəyərləndirməyə tələsmir.
Qeyd edək ki, "ağ-qaralar" millinin üzvünə 3 illik müqavilə təklif edib.

