"Turan Tovuz" yeni mövsüm üçün heyəti daha da gücləndirmək istəyir.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisinin transfer siyahısında yer alan oyunçular arasında Felipe Santos da var.
29 yaşlı vingerin mövsümün sonunda “Araz-Naxçıvan”dan ayrılaraq “Turan Tovuz”a keçmək ehtimalı var.
Onun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Benin millisinin vingeri “Palmeyras”, “Ankaran”, “Maribor”, “Keşlə”(indiki "Şamaxı"), “Qəbələ”, “Hapoel Hayfa” klublarında oynayıb.

