17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.
Prosport.Az xəbər verir ki, mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
U-17-yə müvəqqəti olaraq A milli komandanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.

