"Qarabağ" hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.
Prosport.Az azerisport.com-a istinadən xəbər verir ki, Ağdam təmsilçiləri qabonlu cinah oyunçusu Şavi Babika ilə maraqlanırlar.
25 yaşlı vinger icarə əsasında Türkiyə Superliqasında mübarizə aparan "Karagümrük" komandasında çıxış edir. Forvard müqavilə ilə Serbiyanın "Srvena Zvezda" klubuna məxsusdur.
Futbolçunun klubu ilə müqaviləsi 2027/28 mövsümünün sonuna qədərdir.

