Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Prosport.Az xəbər verir ki, ilk finalçının adına “Zirə” -“Turan Tovuz” qarşılaşmasında aydınlıq gəlib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qolsuz heç-heçə ilə başa çatıb.
İlk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən Rəşad Sadıqovun komandası 2 oyunun nəticəsinə görə finala adlayıb.
Qeyd edək ki, 2-ci finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.

