“Kəpəz” futbol akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, hər iki futbolçu ilə sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
16 yaşlı İsaqov hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı İsmayılov da yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada forma geyinir.

