Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.
Prosport.Az xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.
İlk görüşdə "Zirə" 2 cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.

