Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Oyunumuzdan razı qalmadım. Ancaq uzun müddət sonra qələbə qazandıq, bu, yaxşıdır.
– Bu qələbə növbəti oyunlara motivasiya baxımından necə təsir edəcək?
– 9 oyun sonra gələn qələbə komandanın əhvalı üçün vacibdir. Amma yenə qeyd edirəm, bugünkü oyundan razı deyiləm.
– Ninkoviçin əvəzlənməsi nə ilə bağlı idi?
– Ninkoviç bizim üçün vacib oyunçudur. Amma performansından məmnun qalmadım. Ona görə əvəzləmək qərarına gəldim.

