Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən görüş İmişli təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Kamal Umudlunun idarə etdiyi görüşdə yeganə qolu 38-ci dəqiqədə Azər Salahlı vurub.
Beləliklə, Jorj Kaşkilyanın komandası xallarını 29-a çatdıraraq 9-cu pillədə qərarlaşıb. Bununla da komanda mövsümün başa çatmasına 5 tur qalmış Premyer Liqada qalmağı təmin edib.
Gəncə təmsilçisi isə 21 xalla 10-cu yerdə möhkəmlənib.

