Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Detallara girsək, çərşənbəyə qədər danışaram" - Valdas Dambrauskas
    18.04.2026 22:32:49

    "Komandamı təbrik etmək istəyirəm. Xüsusilə də oyunçularımı. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək çox çətin idi. Öz oyunçularıma böyük hörmətlə yanaşıram. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. 1-ci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf biz idik. 2-ci hissədə komandamın verdiyi reaksiya xoşuma gəldi. Hesabda öndə olmağa layiq tərəf biz idik. Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı. 2-ci hissədəki oyun nümunəvi idi. Hansısa akademiyalarda, hansısa məşqçi kurslarında göstəriləcək oyundur. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Yarımfinalda eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XXVIII turunun "Qarabağ"la (1:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. 

    O, jurnalistlərin suallarını cavablandırıb.

    - "Qarabağ" Avropada və yerli liqada rəqiblərin qapısı qarşısında çox sadə epizodlar yarada bilən komandadır. Bu gün hansı detalları yaxşı işlədiniz ki, onlar sizin qapınız qarşısında epizod yarada bilmədi?

    - Detallara girsək, çərşənbəyə qədər danışaram. Çox detal var idi. Bu detalları icra etmək üçün mənə görə 2 ən önəmli prinsip var. Bunlardan biri ürəyini meydanda qoymaqdır. Taktiki çox şey danışa bilərsən. Amma oyunçular qaçmayacaq, fokuslanmayacaq, oyuna köklənməyəcəklərsə, xeyri olmayacaq. İkincisi, formalarındakı adlarıdır. Bunun üçün oynamalıdırlar. Elə etməlidirlər ki, ailələri, övladları, hər kəs onlarla qürur duysun. Bu qrup futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, görərsiniz ki, bəzən məşqlərdəki intensivlik, mübarizlik oyunlardakından da çox olur. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir. Düzdür, "Qarabağ" ötürmələri verdikdən sonra cinahlarda başabaş mübarizədə heç bir oyunçumuzu keçə bilmədilər.

    -  "Sabah"ın Çempionlar Liqasında üzərinə böyük yük düşəcək. Sizcə, komanda bunun öhdəsindən gələ biləcək?

    - Hazırda bu barədə düşünmürük. Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, hazırda mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvlərimizi axtarıram. Biz çərşənbə günü çox yaxşı çıxış edib, finala çıxmalıyıq.

    - Mikelsin durumu necədir?

    - Hazırda bilmirəm. Tibbi heyətlə bu barədə danışmalıyam. Ciddi zədəyə oxşayır. Xəstəxanaya apardılar. Sonra nələrsə bilmək olar.

    - Dediniz ki, məşqlərinizə gəlsək, futbolçularınızın döyüşkənliyini görərik. Təklif edirəm ki, "Qarabağ"la oyundan öncə media və azarkeşlər üçün açıq məşq keçirəsiniz..

    - Eşitdiyim ən yaxşı suallardan biri idi. Hazırda bizdə intensiv məşqlər olmayacaq. Çünki 2 bərpa məşqi keçəcəyik. Məndən asılı deyil, rəhbərliklə danışmaq olar. Niyə də olmasın? "Qarabağ"la oyundan öncə söz vermirəm. Digər oyunlardan qabaq danışmaq mümkündür.

    - Sizə görə Abdulla Xaybulayev qəhrəmandır, yoxsa antiqəhrəman?

    - Bu sual da çox yaxşıdır. Bunu həmişə paltardəyişmə otağında da demişəm, o, bizim üçün çox önəmli oyunçudur. Abdulla məşqdə təkcə ürəyini yox, bədənin bütün hüceyrələrini verir. Çox yaxşı oynayır, səbirli oyunçudur. Ona ehtiyacımız olduğu vaxtda meydançada 100 yox, 110 faizini verəcək biridir. Hamıya deyirəm ki, hazır olsun, o fürsəti istifadə etsin. Bilirdik ki, Umarali bu gün oynamayacaq. Abdulla da bu fürsətdən yaxşı istifadə etdi. O, bizim üçün nümunəvi oyunçudur. 2-ci hissədə bir balaca bizə zərər verdi, 10 nəfərlə qaldıq. Qırmızı vərəqələr, səhvlər futbolun bir parçasıdır. Amma heç vaxt oyunçularımızı günahlandırmırıq, çalışırıq ki, onların səhvlərini düzəldək, düzgün yolu göstərək. Fikrimcə, Abdulla komandamızın önəmli oyunçusudur.

    Futbol

    "Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik" - Qurban Qurbanov

    18.04.2026 23:01:34
    Futbol

    "Detallara girsək, çərşənbəyə qədər danışaram" - Valdas Dambrauskas

    18.04.2026 22:32:49
    Futbol

    "Qarşıda bizi çox vacib matçlar gözləyir" - Millimizin məşqçisi

    18.04.2026 22:13:07
    Futbol

    "Qarabağ"a 10 nəfərlə qalib gələn "Sabah" çempionluğa yaxınlaşdı - VİDEO

    18.04.2026 21:31:10
    Futbol

    Millimiz Andorranı Bakıda da məğlub etdi

    18.04.2026 19:17:19
    Futbol

    "Futbolçularım mərdlik göstərdilər" – Füzuli Məmmədov

    18.04.2026 18:53:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Nazir Avropa 3-cüsü olan cüdoçunu təbrik etdi

    18.04.2026 23:53:08

    "Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik" - Qurban Qurbanov

    18.04.2026 23:01:34

    "Detallara girsək, çərşənbəyə qədər danışaram" - Valdas Dambrauskas

    18.04.2026 22:32:49

    "Qarşıda bizi çox vacib matçlar gözləyir" - Millimizin məşqçisi

    18.04.2026 22:13:07

    "Qarabağ"a 10 nəfərlə qalib gələn "Sabah" çempionluğa yaxınlaşdı - VİDEO

    18.04.2026 21:31:10

    Millimiz Andorranı Bakıda da məğlub etdi

    18.04.2026 19:17:19

    "Xilasedici" Azərbaycan çempionu, "Neftçi" bürünc mükafatçı oldu

    18.04.2026 19:10:33

    "Futbolçularım mərdlik göstərdilər" – Füzuli Məmmədov

    18.04.2026 18:53:45

    "Sabah" - "Qarabağ": HEYƏTLƏR

    18.04.2026 18:20:59

    "Məğlub olanda ortaya çox sual çıxır" - Ayxan Abbasov

    18.04.2026 17:55:43

    Azərbaycanın Avropa çempionatındakı yeri dəyişdi

    18.04.2026 17:51:55

    "Karvan-Yevlax" "Şamaxı"ya qalib gəldi

    18.04.2026 17:28:00

    "Dünya çempionatında məndən qızıl medal gözləyin" – Zelim Tçkayev

    18.04.2026 17:22:25

    Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazandı – YENİLƏNİB

    18.04.2026 16:12:57

    "Karvan-Yevlax" – "Şamaxı": HEYƏTLƏR

    18.04.2026 15:01:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved