Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məğlub olanda ortaya çox sual çıxır" - Ayxan Abbasov
    18.04.2026 17:55:43

    "Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı. Qarşıdakı matçlara baxacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XXVIII turunun “Karvan-Yevlax”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - 2 fərqli hissə izlədik. 1-ci hissədə temp yüksək deyildi. Fasilədən sonra rəqibi təzyiq altında saxladınız. Siz tapşırmışdınız ki, futbolçular belə oynasın?

    - Hava isti idi, bu da imkan vermədi. Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. 2-ci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı. 1-ci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur.

    - Sizdə sanki motivasiya yox idi. Bu da işinizin öhdəsindən erkən gəlməyin fəsadlarıdır? Komanda Premyer Liqada qalıb...

    - Motivasiya baxımından bizdə problem yox idi. Belə olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə, dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. 

    - Ötən mətbuat konfranslarında "Şamaxı"dan ayrılacağınızın siqnalını vermişdiniz. Bu gün də komandanın əvvəlki kimi görünməməsinin səbəbi məhz o açıqlamadır? Futbolçular bilir ki, baş məşqçi gedir. Bunun təsiri var idi?

    - Məncə, əksinə ola bilər. Futbolçular daha məsuliyyətli olmalıdır. Çünki mövsümün sonu yaxınlaşır. Müqaviləsinin müddəti başa çatan futbolçular var. Onlar mövsümün sonuna yaxın özlərini göstərmək istəyirlər. İnanmıram ki, bu açıqlamanın təsiri olsun. Məğlub olanda ortaya çox sual çıxır.

    Futbol

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43
    Futbol

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39
    Futbol

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13
    Futbol

    "Neftçi" Konfrans Liqasına ev məğlubiyyəti ilə başladı

    22.07.2026 21:59:20
    Futbol

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27
    Futbol

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13

    "Neftçi" Konfrans Liqasına ev məğlubiyyəti ilə başladı

    22.07.2026 21:59:20

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19

    "Sabah" sabiq futbolçusunu CAS-a şikayət etdi

    22.07.2026 15:12:42

    Çempionlar Liqası: "Neftçi" penaltilərlə finala adladı

    22.07.2026 14:52:29

    Avrokuboklarda yeni rekord - 7 oyun, 7 qələbə

    22.07.2026 14:13:10

    "Klubun adını çəkən kimi dedi, "get" - Leandro Andrade

    22.07.2026 13:48:46

    AGF dünya çempionatı üçün əsas hədəfi müəyyənləşdirdi

    22.07.2026 13:26:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved