Polşa çempionatında XXIX turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Katovitse"nin qonağı olub. 5 qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb.
Renat Dadaşov əvvəldən sona kimi ehtiyatda qalıb.
Qeyd edək ki, ardıcıl 3-cü matçda qələbəyə həsrət qalan "Motor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komandanın aktivində 39 xal var.

