Azərbaycan Premyer Liqasında XXVIII tura bu gün start veriləcək.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
"Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma Sumqayıtdakı "SOCAR Polymer Arena"da, saat 17:00-da start götürəcək. Tovuz klubu 52 xalla 3-cü, Naxçıvan təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıb.
Günün 2-ci matçında "Neftçi" səfərdə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş "Zirə" İdman Kompleksinin stadionunda, saat 19:30-da başlayacaq. Rəqibindən bir oyun az keçirən "ağ-qaralar" 43 xalla 5-ci, meydan sahibləri 44 xalla 4-cüdür.
Tura aprelin 19-da yekun vurulacaq.

