Gələn mövsüm I Liqanın iştirakçılarının sayının arıtırması istisna olunmur.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA-dan sportinfo.az-a məlumat verilib.
Federasiyadan daxil olan informasiyaya görə, məsələ hazırda müzakirə mərhələsindədir. Aşağı dəstə iştirakçılarının sayı 10-dan 12-yə çatdırılması gözlənilir.
Artımın gündəmə gəlməsi 20 yaşadək futbolçular arasında dünya çempionatı ilə əlaqədardır. Mundial 2027-ci ildə keçiriləcək və 2 ölkədə - Azərbaycan və Özbəkistanda təşkil olunacaq.
Bu məqsədlə Azərbaycanda ilk dəfə U-20 yığması yaradılıb və Ruy Jorj baş məşqçi postuna gətirilib. AFFA portuqaliyalı mütəxəssislə 1 il 7 aylıq müqavilə imzalayıb.
Sözügedən millinin I Liqaya qatılması variantı nəzərdən keçirilir. Jorj bu təklifə etiraz etmir.

